Google Family Link ailənizin onlayn təhlükəsizliyini qorumağa kömək edən valideyn nəzarəti tətbiqidir. Hər bir ailənin texnologiyadan istifadəsi unikaldır, buna görə də sizə düzgün balansı seçməyə və sağlam rəqəmsal vərdişlər mənimsəməyə kömək edən alətlər yaratdıq. Övladınızın cihazdan istifadə formasını görmək, məkana baxmaq, məxfilik ayarlarını idarə etmək və s. üçün tətbiqdən istifadə edin.
Family Link ilə:
• Ekran vaxtı limitləri ayarlayın — Övladınız üçün ən uyğun ekran vaxtını tapın. Family Link övladınızın düzgün balansı tapması üçün onun cihazlarında gündəlik vaxt limitləri, məktəb vaxtı və fasilə vaxtı cədvəlləri təyin etməyinizə imkan verir.
• Övladınızın tətbiqlərini idarə edin — Övladınıza tətbiq istifadəsində azadlıq verin. Öyrədici və ya müntəzəm istifadə olunan tətbiqlər üçün fərdi tətbiq vaxtı limitləri və limitsiz vaxt təyin edin. Tətbiqləri bloklaya da bilərsiniz.
• Övladınızın internetdə gördüklərini idarə edin — Chrome, Play, YouTube və Axtarış kimi Google xidmətlərində valideyn nəzarəti ayarlayın. Family Link sizə uyğunsuz saytları bloklamaq, yeni tətbiqlər üçün təsdiq tələb etmək, tətbiq/veb-saytlar üçün icazələri idarə etmək və s. imkanı verir.
• Övladınızın hesabını qoruyun — Family Link sizə övladınızın hesabını və data ayarlarını idarə etmək imkanı verir. Övladınızın parolunu dəyişə/sıfırlaya, şəxsi məlumatlarını redaktə edə və ya lazım olduqda hesabını silə bilərsiniz.*
*Müvafiq yaşdan yuxarı uşaqlar öz hesablarını idarə edə bilər.
• Harada olduğuna baxın — Ailənizin məkanını bilmək faydalıdır. Family Link ilə övladlarınız cihazlarını gəzdirdikləri müddətcə xəritədə yerlərini müəyyən edə bilərsiniz.
• Bildiriş və xəbərdarlıqlar əldə edin — Family Link övladınızın müəyyən məkana gəldiyi/ayrıldığı vaxt kimi vacib bildirişlər təqdim edir. Həmçinin cihazlara zəng edə və cihazın qalan batareya istifadəsinə baxa bilərsiniz.
Vacib məlumat
• Family Link alətləri övladınızın cihazına görə dəyişir. Uyğun cihazların siyahısına https://families.google/familylink/device-compatibility/ ünvanında baxın/
• Family Link övladınızın Google Play satınalma və endirmələrini idarə etməyinizə kömək edir. Əvvəlcədən icazə verilən tətbiq güncəlləmələri (icazələri artıran güncəlləmələr daxil olmaqla), tətbiqlər və Ailə Kitabxanasında paylaşılan tətbiqlər quraşdırılarkən təsdiq tələb edilmir. Bundan əlavə, satınalma təsdiqləri yalnız övladınız Google Play-in billinq sistemi ilə alış-veriş etdikdə tətbiq edilir və alternativ billinq sistemləri vasitəsilə edilən satınalmalara tətbiq edilmir. Valideynlər Family Link-də övladının quraşdırdığı tətbiq və tətbiq icazələrini müntəzəm şəkildə nəzərdən keçirməlidir.
• Övladınızın nəzarət edilən cihazındakı tətbiqləri diqqətlə nəzərdən keçirməli və onların istifadə etməsini istəmədiyiniz tətbiqləri bloklamalısınız. Qeyd: Əvvəlcədən quraşdırılmış bəzi tətbiqləri (məs., Play, Google) deaktiv edə bilməzsiniz.
• Övladınızın cihaz məkanına baxmaq üçün cihaz işlək və aktiv olmalı, data və ya Wi-Fi ilə internetə qoşulmalıdır.
• Family Link valideyn nəzarəti yalnız nəzarət edilən Google Hesabları üçün əlçatandır. Nəzarət edilən Google Hesabları ilə azyaşlılar Axtarış, Chrome və Gmail kimi Google məhsullarına daxil ola, valideynlər isə onlara nəzarət etmək üçün əsas rəqəmsal qaydalar ayarlaya bilər.
• Family Link övladınızın onlayn təcrübəsini idarə etmək və onların onlayn təhlükəsizliyini qorumaq üçün alətlər təklif etsə də, interneti təhlükəsiz etmir. Family Link internetdəki kontenti müəyyən edə bilməz, lakin sizə övladınızın cihazda keçirdiyi vaxt ilə bağlı qərar vermək və ailənizin onlayn təhlükəsizliyi qorumağın ən uyğun üsulunu müəyyən etmək üçün alətlər təqdim edir.
Güncəlləmə vaxtı
30 apr 2025